Qaydalar

1 – Qeydiyyat
1.1. – Qeydiyyat hər kəsə açıqdır.
1.2. – İştirakçı qeydiyyat formasındakı vacib bölmələri düzgün doldurmalıdır.
1.3. – Qeydiyyatdan sonra iştirakçı ilə bağlı sual yaranarsa, onun göstərdiyi əlaqə vasitələri ilə əlaqə yaradıla bilər.
1.4. – İstifadəçi məlumatları təşkilatçılar tərəfindən gizli saxlanılacaqdır.
1.5. – Qeydiyyat 24 Sentyabr 2012 00:00:01-də başlayıb – 28 Sentyabr 2012 23:59:59-da başa çatır və sonra göndərilən ərizə və şikayətlər qəbul edilməyəcək.

2 – İştirakçı seçimi
2.1. – Qeydiyyatdan keçmiş şəxslər seçim mərhələsinə buraxılırlar.
2.2. – Seçim mərhələsində iştirakçılar, proqramlaşdırma biliyinə və yarışmanın formatına uyğunluğuna əsasən təşkilatçılar tərəfindən seçiləcək.
2.3. – Seçim mərhələsi başa çatdıqdan sonra, nəticə onların göstərdikləri əlaqə vasitələri(e-poçt və ya telefon zəngi) ilə bildiriləcək.

3 – Təlimlər
3.1. – Təlimlər, iştirakçılara dəstək məqsədi ilə keçirilir.
3.2. – Təlimlər, mövzuları və təlimçilər haqda təşkilatçılar tərəfindən öncədən məlumat veriləcək.
3.3. – Təlimlərin yeri və zamanı barədə məlumat, iştirakçılarla əlaqə saxlanılaraq bildiriləcək.
3.4. – Təlimlərdə iştirak məcburi deyil, lakin məsləhət görülür.
3.5. – Təlim prosesi videolara çəkiləcək.
3.6. – Təlimlər sona çatdıqdan sonra, videolar internetdə yerləşdiriləcək.

4 – Yarışma
4.1. – Yarışmada hər bir iştirakçı fərdi iştirak edilməlidir, qrup şəklində iştiraka yol verilmir!
4.2 – Yarışmada iştirakçı kodu özü yazmalıdır!
4.2.1. – Açıq Qaynaq(Open Source) kitabxanalardan(library) istifadə oluna bilər.
4.2.2. – Kodlara şərhlərin əlavə olmasına müsbət baxılır.
4.2.3. – İştirakçılar kodları onlara əvvəlcədən verilmiş xüsusi hesablarda hər həftə yerləşdirmələri məsləhət görülür.
4.2.4. – İştirakçılar hər həftə layihənin gedişatı barədə hesabat göndərməlidir!
4.3. – Yarışda iştirak edərkən Proqramların yarışma başa çatmadan App Marketə yerləşdirilməsinə icazə verilmir.
4.4. – Yarışmaya mövcud olmuş proqramlarla qatılmaq olmaz!
4.5. – Yarış vaxtı yazılan Proqramların əvvəlində Sponsor və Təşkilatçıların(Microsoft, Nokia, Mobitel, İlk Addımlar) loqosunun qoyulması vacibdir. Ehtiyac olarsa, təlimçilər bu barədə köməklik göstərəcəklər.
4.6. – Yarışmadan sonra proqramın müəllifi, onun digər versiyalarında istədiyi düzəlişləri edə, logolayı yığışdıra və ya Market-də yerləşdirə bilər.
4.7. – Yarışma müddətində yazılacaq proqramların səlahiyyətləri Hackathon Azərbaycana aiddir. Müəllif hüquqları isə onu yazan proqramçıya məxsusdur.
4.8. – Hackathon Azerbaijan yarışmaçılar tərəfindən yazılan proqramları yalnız hackathonazerbaijan.org saytında yayımlaya bilər. Market-də yayımlamaq hüququ yalnız müəllifə məxsusdur (Yarışmadan sonra).
4.9. – İştirakçı hər bir kateqoriya üzrə yalnız bir lahiyə ilə yarışa bilər(Kateqoriyalar siyahısı ilə aşağıda tanış ola bilərsiz).
4.9.1. Kateqoriyalar:

  • Təhsil (Education)
  • Əyləncə (Entertainment)
  • Oyun (Game)
  • Həyat tərzi (Lifestyle)
  • Media (Media)
  • Məhsuldarlıq/Alətlər (Productivity/Tools)
  • Sosial Şəbəkələşmə (Social Networking)
  • Səyahət (Travel)
  • Digər (Misc)

4.10. – Müsabiqəyə ən azı 1 lahiyəsi olan iştirakçılar buraxılacaq.
4.11. – Məzmunu Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan proqramlar yarışmaya qəbul olunmayacaq.
4.12. – Yarışma zamanı proqrama reklam və digər kommersiya məqsədli əlavələr daxil edilməməlidir.
4.13. – Təhlükəsizlik qaydalarına zidd olan, cihazlara və şəxsi məlumatlara zərər vuracaq proqramların iştirakına icazə verilmir.

5 – Qalib seçimi
5.1. Seçim bütün kateqoriyalar üzrə təqdim edilmiş proqramlar arasında ümumi aparılır.
5.2. – Proqramlar aşağıdakı kriteriyalara uyğun dəyərləndiləcək:

İdeyanın originallığı
Sosial faydası
Funksionallıq
Lokalizasiya – Azərbaycan dili
API istifadəsi
İstifadəçi interfeysi – dizayn
Lahiyənin dokumantasiyası (Wiki, İstifadəçi qaydaları, Java API cədvəli və s.)

6 – Fors major
6.1. – Təşkilatçılardan asılı olmayan hər hansı səbəbdən (Təbii fəlakət, zəlzələ) yarışın vaxtı dəyişdirilə bilər

7 – Yekun
7.1. – Müsabiqədə (yarışda) qeydiyyatdan keçən iştirakçılar yuxarıdan qeyd olunan bütün qaydaları qəbul etmiş olurlar.
7.2 – Qaydaları pozan iştirakçılar yarışmadan kənarlaşdırılacaqlar.
7.3. – Təşkilatçılar qaydalarda birgə qərara gəlsələr istədikləri vaxtı dəyişikliklər edilə bilərlər.